Pakistan İranla hərbi əməkdaşlığı inkar edir

Pakistan İranla hərbi əməkdaşlığı inkar edir
24.06.2025 09:56 Dünya

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, ölkəsi İranla heç bir hərbi əməkdaşlıq etmir və birgə əməliyyatlarda iştirak etmir.

TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

Nazir əlavə edib ki, Pakistan İrana qarşı hücumu qəti şəkildə pisləyir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə hücum edib. İran isə cavab olaraq İsrailə raketlər atıb. Hazırda İran və İsrail arasında qarşılıqlı zərbələr davam edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər