Özgür Özel yenidən CXP-nin sədri seçildi

Özgür Özel yenidən CXP-nin sədri seçildi
21.09.2025 17:05 Dünya

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CXP) növbədənkənar qurultayı keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qurultayda partiya sədrliyinə seçkilər baş tutub.

Səsvermənin nəticələrinə əsasən, hazırkı sədr Özgür Özel 917 seçicidən 835-nin (82 səs keçərsiz sayılıb) səsini qazanaraq yenidən partiyanın lideri seçilib.

O, seçkiyə yeganə namizəd kimi qatılmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər