Özbəkistan ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

Özbəkistan ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edəcək
04.11.2025 12:15 Dünya

Özbəkistan 2026-cı il yanvarın 1-dən etibarən ABŞ vətəndaşları üçün 30 günlük vizasız rejim tətbiq edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.

Prezident Şövkət Mirziyoyevin imzaladığı fərmana əsasən, qərar iki ölkə arasında ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafı, eləcə də turizm mübadiləsinin stimullaşdırılması məqsədi daşıyır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər