Orban: "Yeni büdcə layihəsi Avropa İttifaqını dağıdacaq"

Orban: "Yeni büdcə layihəsi Avropa İttifaqını dağıdacaq"
18.07.2025 10:28 Dünya

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının təklif etdiyi yeni büdcə layihəsini kəskin tənqid edib. Onun sözlərinə görə, bu sənəd Avropa İttifaqının dağılmasına səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, Orban bu fikirləri "Reuters" agentliyinə açıqlamasında səsləndirib:

“Bu büdcə Avropa İttifaqını dağıdacaq və gələn ilə qədər davam gətirməyəcək. Avropa Komissiyası ya bu sənədi geri çəkəcək, ya da mərhələli şəkildə geri addım atmalı olacaq".

Orban, həmçinin büdcədə strateji əsasların olmadığını bildirib və Ukraynaya maliyyə dəstəyi, eləcə də fermerlər üçün nəzərdə tutulan subsidiyalarda dəyişiklik planlarını da tənqid edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər