Orban Ukraynadakı münaqişəyə son qoymağın yolunu göstərdi

Orban Ukraynadakı münaqişəyə son qoymağın yolunu göstərdi
29.05.2025 13:55 Dünya

"Avropaya sülh lazımdır və buna nail olmaq üçün Ukrayna Avropa İttifaqına ( Aİ) qəbul edilməməlidir".

TodayPress TV xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Biz sülh istəyirik. Biz Rusiyaya qarşı yeni Şərq cəbhəsinin açılmasını istəmirik, ona görə də Ukraynanı Aİ-yə qəbul etməyə ehtiyacımız yoxdur", - o deyib.

Orban həmçinin bəyan edib ki, Aİ rəhbərliyinin Rusiya ilə müharibəyə hazırlaşmağa yönəlmiş planı var və bu planda əsas rol Ukraynaya həvalə olunub. Onun sözlərinə görə, Kiyevin tələsik Aİ-yə qəbul edilməsinin ardınca Avropa iqtisadiyyatının yenidən təşkili və militarizasiyası, həmçinin ittifaqda “hakimiyyətin mərkəzləşdirilməsi” baş verəcək.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər