Orban: “Qalib gəlmək üçün buradayam”

Dünya

12.04.2026 13:17

Macarıstanın Baş naziri Viktor Orban parlament seçkiləri ilə bağlı açıqlama verib.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bunu Viktor Orban səsvermədən sonra jurnalistlərə deyib.

O bildirib ki, seçkilərdə qalib gəlməkdə qərarlıdır.

“Mən buradayam ki, qalib gəlim”, — deyə Orban vurğulayıb.

Onun sözlərinə görə, Avropa ciddi böhrana doğru gedir və Macarıstana güclü milli birlik lazımdır:

“Bu çağırışlara qarşı durmaq üçün ölkə daxilində birlik vacibdir”.

Qiymət Mahir

tag: Macarıstan, Viktor Orban,Avropa ,Baş nazir,TodayPress TV,