Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı

Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı
15.06.2026 19:00 Dünya

ABŞ və İran arasında qarşılıqlı anlaşmanın əldə olunması diplomatiyanın və sağlam düşüncənin qələbəsidir.

TodayPress TV xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X"da yazıb.

"Bütün dünya birliyi İran və ABŞ arasındakı qarşılıqlı anlaşma memorandumunu alqışlamalıdır. Buna nail olmağa kömək edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu, diplomatiyanın və sağlam düşüncənin vaxtında qazanılmış qələbəsidir", - deyə o bildirib.

Nazir öz paylaşımına Sultan Heysəm bin Tariq Al Səidin sədrliyi ilə Sultanlığın Nazirlər Şurasının rəsmi bəyanatını da əlavə edib. Sənəddə vurğulanır ki, Oman hökuməti ABŞ-İran razılaşmalarını alqışlayır və bu istiqamətdəki regional, eləcə də beynəlxalq səyləri yüksək qiymətləndirir. Xüsusilə, Məsqət Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin və Pakistanın "konstruktiv rolunu" qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər