“Ölümcül virus” yayılır - ÜST xəbərdarlıq etdi
Dünya
04.05.2026 19:00
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "hantavirus"un geniş yayılması ilə bağlı risk görmədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın Avropa ofisinin rəhbəri Hans Klauk bildirib.
Bu infeksiya əsasən yoluxmuş gəmiricilərlə təmas nəticəsində yaranır və insanlar arasında asanlıqla ötürülmür. Onun sözlərinə görə, ümumi əhali üçün risk aşağıdır və panikaya, həmçinin səyahət məhdudiyyətlərinə ehtiyac yoxdur.
Bununla belə, hadisə diqqət çəkib. "MV Hondius" gəmisində ən azı 3 nəfərin öldüyü bildirilib. Gəmi Uşuaya şəhərindən Kabo-Verde adalarına doğru hərəkət edirdi. Bir hantavirus yoluxması artıq laboratoriyada təsdiqlənib, daha 5 nəfər isə müayinədən keçirilir.
Qeyd edək ki, "hantaviruslar" nadir, lakin ciddi xəstəliklərə səbəb ola bilər. Onlar böyrək sindromlu hemorragik qızdırma və ürək-ağciyər sindromu yaradır. Virus əsasən gəmiricilərin ifrazatları ilə yayılır və xüsusilə qapalı, zəif havalandırılan yerlərdə yoluxma riski artır.
Türkan İsgəndərli
tag: ÜST,Virus,Qızdırma,Xəstəlik,Todaypress.tv,
