Nyu-Yorkda fırtına ölümlə nəticələndi

Nyu-Yorkda fırtına ölümlə nəticələndi
28.09.2026 04:34 Dünya

ABŞ-nin şimal-şərqini vuran güclü fırtına nəticəsində Nyu-Yorkda bir nəfər həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.

Qəzetin məlumatına görə, Nyu-Yorkun Bruklin rayonunda Mənzil İdarəsinin 56 yaşlı əməkdaşının üzərinə güclü küləyin aşırdığı ağac düşüb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan kişi həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.

Fırtına nəticəsində yerli hakimiyyət orqanlarına aşmış ağaclarla bağlı 370-dən çox müraciət daxil olub. Nəşr qeyd edir ki, bəzi müraciətlər eyni hadisə ilə bağlı ola bilər.

Qeyd edək ki, fırtına ilə əlaqədar bir gün əvvəl Nyu-Yorkda fövqəladə vəziyyət rejimi elan edilmişdi. Rejim Nassau, Suffolk, Nyu-York və Vestçester dairələrini əhatə edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər