Bir cihaz bütün uçuşu dəyişdi, təyyarə təcili eniş etdi
"Lufthansa" aviaşirkətinə məxsus Frankfurt–Lissabon reysi göyərtədə "powerbank"ın yanması səbəbindən Fransanın Lion şəhərində məcburi eniş edib.
TodayPress TV xəbər verir ki, bu barədə "RTL" aviaşirkətin nümayəndəsinə istinadən məlumat yayıb.
Hadisə sentyabrın 26-da axşam saatlarında baş verib. Sərnişin oturacaqlarından birinin yaxınlığında xarici enerji qurğusu alışıb. Ekipaj üzvləri "powerbank"ı xüsusi yanğına davamlı çantaya yerləşdirərək təhlükəni aradan qaldırıblar.
Buna baxmayaraq, pilotlar təhlükəsizlik məqsədilə məcburi eniş etmək qərarına gəlib və təyyarənin eniş üçün prioritet alması məqsədilə fövqəladə siqnal elan ediblər.
Təyyarədə 198 sərnişin və 6 ekipaj üzvü olub.
"Lufthansa"nın məlumatına görə, sərnişinlər gecə üçün otellərdə yerləşdirilib, növbəti gün isə onlar üçün alternativ marşrutlar təşkil edilib.
Aysel Mətləb