Türkiyə turizmdə yeni səhifə açır - 81 əyalət üçün böyük plan
Türkiyə turizm mövsümünü ilboyu davam etdirməyi və turizm fəaliyyətini ölkənin bütün əyalətlərinə yaymağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy "X" sosial şəbəkəsində bildirib.
Nazir qeyd edib ki, Türkiyənin hər bölgəsində kəşf edilməli gözəlliklər və danışılmalı tarix var.
“Biz təbii və mədəni irsimizi qoruyaraq və gələcək nəsillərə ötürərək turizmi dörd mövsümə və 81 əyalətə yaymaq üçün çalışırıq”, - deyə Ersoy yazıb.
O vurğulayıb ki, Türkiyə mədəni irsi, qonaqpərvərliyi və təbiəti sayəsində dünyanın hər yerindən turist qəbul edir.
Ersoyun sözlərinə görə, mədəni və təbii dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi Türkiyənin dövlət turizm siyasətinin əsas istiqamətlərindən biridir.
Aysel Mətləb