Nigeriyada daşqınlarda ölənlərin sayı açıqlandı

Nigeriyada daşqınlarda ölənlərin sayı açıqlandı
22.08.2025 10:55 Dünya

2025-ci ildə Nigeriyada güclü yağışların yaratdığı sel fəlakətləri nəticəsində 228 nəfər həyatını itirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Nigeriya Milli Fövqəladə Hallar Agentliyi məlumat yayıb. 

Açıqlamada bildirilib ki, 2025-ci ildə güclü yağışlar ölkənin 25 ştatında sellərə səbəb olub. 

Nəticədə 228 nəfər həlak olub, 495 nəfər yaralanıb, 114 nəfər itkin düşüb, 21 257 ev zərər görüb və ya dağılıb. 

Daşqınlara görə 71 400 nəfər evlərini tərk etməyə məcbur olub. 

Aysel Mətləb

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər