Netanyahu Trampla İran münaqişəsini müzakirə etdi
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşündə İran üzərində əldə olunan “böyük qələbə”nin nəticə və imkanlarını müzakirə etdiklərini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Netanyahu Vaşinqtonda çəkilən və onun ofisi tərəfindən yayımlanan videomüraciətdə danışıb.
O qeyd edib ki, bu qələbə sülh dairəsinin və İbrahim razılaşmalarının genişləndirilməsi üçün yeni imkanlar açır. Baş nazir bu istiqamətdə intensiv işlədiklərini də əlavə edib.
Türkan İsgəndərli