Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı

Dünya

09.04.2026 20:00

İsrailin Baş naziri Benyamin Netanyahu ən qısa müddətdə Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verdiyini bildirib.

TodayPress TV  xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı yazır.

"Hizbullahın tərksilah edilməsi və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulması danışıqların əsas məsələləri olacaq. İsrail Livanın Baş nazirinin Beyrutda qoşun yerləşdirmək barədə bugünkü çağırışını yüksək qiymətləndirir", - Netanyahu deyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

TodayPress TV

tag: İsrail, ABŞ, Netanyahu, Lİvan, todaypress.tv,