Neft bazarında canlanma – Bu ölkəistehsalı 2 milyon barelə qədər artıracaq

Neft bazarında canlanma – Bu ölkəistehsalı 2 milyon barelə qədər artıracaq
19.06.2026 00:27 Dünya

Küveytin Dövlət Neft Şirkəti ABŞ, İsrail və İran arasındakı hərbi münaqişə dövründə tətbiq edilmiş fors-majorun ləğv edildiyini elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Küveytin Hökumət Kommunikasiya Mərkəzi məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Hörmüz boğazının açılması və kommersiya gəmiçiliyinin bərpası fonunda ölkədə neft hasilatı bir həftə ərzində sutkada 2 milyon barelədək artırıla bilər.

Küveyt Neft Korporasiyası vurğulayıb ki, fors-majorun ləğvi barədə qərar regionda vəziyyətin normallaşması və enerji resurslarının tədarükü üzrə logistika marşrutlarının bərpası ilə əlaqədardır.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər