NATO-nun Gürcüstandakı təlimlərinin vaxtı açıqlandı
İyulun 25-dən avqustun 6-dək Gürcüstanda NATO-nun “Agile Spirit 2025” çoxmillətli təlimi keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin əsas komponentləri Senaki-Vaziani yolu hissəsində komanda-qərargah bölməsi, taktiki gürcü-amerikan karvanı olacaq.
Plana əsasən, hərbçilər canlı atəşlə təlimlər keçirəcək.
Təlimlərdə Gürcüstan, ABŞ , Türkiyə , Polşa , Almaniya , İtaliya , Ukrayna və digər ölkələrin hərbçiləri iştirak edəcək.
Nicat Osman