Napoleona məxsus üzük oğurlandı

Napoleona məxsus üzük oğurlandı
19.12.2025 23:50 Dünya

Belçikanın Jenap kommunasında yerləşən Son Qərargah Muzeyində Napoleon Bonaparta məxsus üzük naməlum şəxslər tərəfindən oğurlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "RTBF" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 17-dən 18-nə keçən gecə baş verib. Oğurlanan eksponatlar arasında birbaşa Napoleona məxsus olduğu bildirilən almaz qaşlı qızıl üzük, eləcə də Napoleon dövrünə aid qızıl və gümüş sikkələr yer alıb.

Faktla bağlı araşdırma başlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər