Mutarika yenidən Malavi prezidenti seçildi

Mutarika yenidən Malavi prezidenti seçildi
25.09.2025 18:05 Dünya

Malavinin keçmiş Prezidenti Piter Mutarika yenidən prezident seçkilərində qalib gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

O, etibarlı səslərin 56%-dən çoxunu toplayaraq ilk turda qələbə qazanıb. Hazırkı Prezident Lazarus Çakvera isə 33% səs toplayaraq seçkilərdə uduzub.

Beləliklə, seçicilər Çakveranın rəhbərliyi altında son beş ildə dərinləşən iqtisadi böhran fonunda dəyişiklik istədiklərini göstəriblər. 

Qeyd edək ki, Malavi Afrika qitəsinin cənub-şərqində yerləşən, dənizə çıxışı olmayan bir ölkədir. Malavi dünyanın ən yoxsul ölkələrindən biri hesab olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər