Moskvanın bütün hava limanları BAĞLANDI
Dron hücumu ilə əlaqədar Moskvanın bütün aeroportları müvəqqəti bağlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Bildirilib ki, Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovskidə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.