Moldova ABŞ-nin maliyyə yardımını dayandırmasından şikayətlənir
Maldova rəsmiləri ABŞ-nin ölkədəki bir sıra qeyri-hökumət təşkilatlarına və dövlət qurumlarına maliyyə yardımını dayandırmasından şikayətləniblər.
TodayPress TV xəbər verir ki, bu barədə onlar “Politico” nəşrinə verdikləri müsahibədə bildiriblər.
Rəsmilərin sözlərinə görə, bu addım Moldova Respublikasının Rusiyadan gələn təhdidlərə qarşı müqavimət imkanlarını zəiflədib.
Nəşr qeyd edib ki, 2024-cü il Prezident seçkilərində Bayden administrasiyası Rusiyaya qarşı mübarizə üçün mühüm resurslar ayırsa da, 2025-ci ilin sentyabrında keçiriləcək parlament seçkiləri dövründə ABŞ əsasən kənarda qalır.
Aysel Mətləb