Misir XİN İsrailin hücumlarını pislədi

Misir XİN İsrailin hücumlarını pislədi
23.03.2026 05:45 Dünya

Misir İsrailin İordan çayının qərb sahilində fələstinlilərə qarşı son hücumlarını kəskin şəkildə pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.

Bildirilib ki, Qahirə bu hadisələri "təhlükəli gərginlik" və "beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması" adlandırıb və İsrailin hücumlarının artmasından dərin narahatlığını ifadə edib.

Bəyanatda qeyd olunub ki, bu cür əməllər beynəlxalq qətnamələri, xüsusilə BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsini pozur.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər