Minlərlə rus əsgərinin cəbhədə öldüyü gün Putin Moskvada 150 gəncə toy etdi - VİDEO

Minlərlə rus əsgərinin cəbhədə öldüyü gün Putin Moskvada  150 gəncə toy etdi - VİDEO
09.07.2026 13:43 Dünya

Moskvada  irimiqyaslı və rəngarəng kütləvi nikah mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, "Rusiya: Qəlbləri Birləşdirən" festivalı çərçivəsində eyni vaxtda 150 cütlük rəsmi olaraq ailə həyatı qurub.

Ölkədə hər il ənənəvi olaraq qeyd edilən "Ailə, Sevgi və Sədaqət Günü"nə təsadüf edən bu kütləvi toy mərasimi həm paytaxt sakinlərinin, həm də medianın böyük marağına səbəb olub.

Festival çərçivəsində təşkil olunan tədbirin ailə dəyərlərinin təbliği və gənclərin evliliyə təşviq edilməsi məqsədini daşıdığı bildirilib. 

Rusiya Prezidenti Vladimir Putin kütləvi nikah mərasiminə qatılan bəy və gəlinləri xüsusi təbrik edib. Dövlət başçısı yeni evlənən cütlüklərə ünvanladığı müraciətdə onlara uzunömürlü sevgi, möhkəm ailə təməli, xoşbəxtlik və firavanlıq arzulayıb. Prezident ailə institutunun dövlətin və cəmiyyətin sütunu olduğunu bir daha vurğulayıb.

Rəsmi nikah mərasimindən sonra yeni evlənənlər üçün müxtəlif mədəni-əyləncəli proqramlar və bayram şənliyi təşkil olunub.

Jalə Rövşən 

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər