ABŞ İranın strateji dəmiryolu körpüsünü bombaladı

ABŞ İranın strateji dəmiryolu körpüsünü bombaladı
09.07.2026 14:24 Dünya

ABŞ Çin-Türkmənistan-İran dəmiryolu dəhlizinin Ağqala körpüsünü hədəfə alıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Fars” məlumat yayıb.

Məlumata görə, ABŞ bu gün səhər saatlarında İranın şimalında Gülüstan əyalətinin Ağqala şəhərinə hücumu zamanı Çin–Qazaxıstan–Türkmənistan–İnçəburun beynəlxalq dəhlizi üzərində yerləşən bir körpünü hədəfə alıb.

Sözügedən marşrut Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsidir və Çinin Sian şəhərindən Tehrana qədər uzanır.

Qeyd edilib ki, ötən il Çindən İrana ən azı 65 yük qatarı daxil olub. Agentliyin iddiasına əsasən, Tramp administrasiyasının İran limanlarına qarşı tətbiq etdiyi məhdudiyyətlərdən sonra xarici media məlumatlarına görə, bu marşrutla hərəkət edən qatarların sayı üç dəfə artıb.

“Fars” agentliyi sonda vurğulayıb ki, Rusiyanın da ötən ilin noyabr ayından etibarən mallarını məhz bu dəmir yolu marşrutu vasitəsilə İrana göndərməyə başlaması məsələnin əsas məqamlarından biridir. Bu səbəbdən bəzi ekspertlər hücumu adi hərbi zərbədən daha geniş məna daşıyan addım kimi qiymətləndirirlər.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər