Məşhur türkiyəli jurnalist Fateh Altaylı məhkəmə qarşısına çıxdı

Məşhur türkiyəli jurnalist Fateh Altaylı məhkəmə qarşısına çıxdı
03.10.2025 16:46 Dünya

Türkiyəli məşhur jurnalist Fateh Altaylı “Prezidentə qarşı təhdid xarakterli ifadələr işlətməkdə” ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.

TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlumata görə, Altaylı barəsində 5 ildən az olmamaqla həbs cəzası tələbi irəli sürülüb.

Bu gün keçirilən ilk məhkəmə iclasında məhkəmə onun həbsdə saxlanılmasına qərar verib.

Qeyd edək ki, növbəti məhkəmə prosesi noyabrın 26-da davam etdiriləcək.

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Məşhur türkiyəli jurnalist Fateh Altaylı məhkəmə qarşısına çıxdı — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər