Meksikada şəhər meri güllələnərək öldürüldü
Meksikanın Pisaflores şəhərinin meri Migel Bahena Solorzano evinin qarşısında güllələnib.
TodayPress TV xəbər verir ki, bu barədə "Universal" qəzeti məlumat yayıb.
Şahidlərin sözlərinə görə, naməlum şəxslər avtomobillə hadisə yerinə gələrək siyasətçiyə atəş açıblar.
Solorzano bir neçə güllə yarası alıb. Yaxınları onu xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hazırda merin evi polis tərəfindən mühasirəyə alınıb. Şübhəlilərin həbsi barədə hələlik məlumat yoxdur.
Türkan İsgəndərli