Meksikada qatar avtobusa çırpıldı –YENİLƏNDİ

Dünya

09.09.2025 10:36

Meksikada qatarla avtobusun toqquşması nəticəsində azı 10 nəfər həyatını itirib, 55 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə Meksikanın paytaxtı Mexikodan təxminən 130 kilometr şimal-qərbdə, Atlakomulko şəhərinin sənaye zonasında baş verib. Məlumata görə, qatar dəmir yolu keçidində ikimərtəbəli avtobusa çırpılıb və zərbənin gücündən nəqliyyat vasitəsi yarıya bölünüb.

Toqquşma anı ərazidə olan müşahidə kameraları tərəfindən lentə alınıb. Kadrlar sosial şəbəkələrdə yayılıb və geniş rezonansa səbəb olub.

Hazırda hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Türkan İsgəndərli


***


08:44


Meksikada qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, 41 nəfər yaralanıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə "La Jornada" nəşri məlumat yayıb.

Hadisə zamanı avtobusda 50 nəfər olub. Ən azı 10 sərnişin ağır xəsarətlər alıb.

Yaralananlar xəstəxanalara yerləşdirilib.

Aynur TAC

TodayPress TV 

tag: Meksika,Qatar,Avtobus,Qəza,Todaypress.tv,