ABŞ-dən Rusiyaya növbəti 50 gün xəbərdarlığı

Dünya

17.07.2025 23:45

Moskva 50 gün ərzində Ukrayna ilə bağlı atəşkəs və ya sülhlə razılaşmasa, ABŞ administrasiyası Rusiyaya tariflər və ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.

TodayPress TV xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Prezident Donald Trampın açıqladığı kimi, əgər 50 gün ərzində atəşkəs və ya sülh razılaşması əldə olunmasa, Rusiya qanuni olaraq atəşkəslə razılaşmaqdan imtina edərsə, o zaman çox yüksək tariflərlə, həmçinin ikinci dərəcəli sanksiyalarla üzləşəcək. Beləliklə, Rusiyadan neft alan ölkələr də sanksiyalara məruz qalacaq. Təbii ki, bu, Rusiya iqtisadiyyatına ciddi ziyan vuracaq. Əlavə edim ki, prezident bu müharibənin diplomatik həll yolu ilə bitməsini çox istəyir", - Ağ Evin mətbuat katibi bildirib.

tag: Moskva, Ukrayna, ABŞ, Ağ Ev, Tramp, todaypress.tv,