Fransada güclü istilər iki nəfərin ölümünə səbəb oldu

Dünya

02.07.2025 12:44

Fransada son günlərdə yaşanan güclü istilər nəticəsində iki nəfər həyatını itirib. 

TodayPress TV xəbər verir ki, u barədə ölkənin Ekoloji Keçid Naziri Aqnes Panye-Runaher Parisdə keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, 300-dən çox insanın təcili tibbi yardıma ehtiyac duyub.

Bəzi bölgələrdə temperatur 41°C, Parisdə isə 39°C qeydə alınıb.

Qeyd edək ki, iyulun 1-də baş verən isti hava dalğası artıq öz pik həddini keçib, və yaxın günlərdə ölkənin şimal və şimal-qərb bölgələrində temperaturun nisbətən azalacağı gözlənilir.

Səlahiyyətli orqanlar xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlar üçün xəbərdarlıqlar edərək, sərin məkanlarda qalmağı, bol maye qəbul etməyi və günün isti saatlarında açıq havaya çıxmamağı tövsiyə edirlər.

Ötən iyun ayı Fransada meteoroloji tarixdə ən isti ikinci iyun kimi qeydə alınıb. Rekord istilər 2003-cü ildə müşahidə edilib.

Türkan İsgəndərli

tag: Fransa,Hava,İsti,Tibb,Todaypress.tv,