Zelenskinin kostyum geyinməsinin səbəbi açıqlandı
Dünya
25.06.2025 10:00
Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitində klassik kostyum geyinmək qərarına gəlib. Bu jest onun ABŞ Prezidenti Donald Tramp tərəfindən mümkün təhqirlərə qarşı özünü qorumaq istəyindən qaynaqlanır.
TodayPress TV xəbər verir ki, bu barədə fin jurnalist və fotoqraf Sami Sallinen “Iltalehti” qəzetində yazıb.
Müəllif Zelenskinin görünüşdəki bu dəyişikliyi ilə siyasi mesaj verdiyini düşünür:
“Ən çox ehtimal olunan səbəb odur ki, Zelenski və Kiyev rəhbərliyi bu yolla özlərini daha güclü hiss etdiklərini göstərmək istəyirlər”, – deyə Sallinen qeyd edib.
Jurnalist yazıb ki, Ukrayna liderinin bu addımı NATO sammitinin onun üçün nə qədər əhəmiyyətli olduğunu göstərir və bu, Zelenskinin əvvəlki ABŞ səfəri ilə müqayisədə daha ciddi bir mövqe nümayiş etdirmək istəyi kimi dəyərləndirilə bilər.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Donald Tramp,Volodimir Putin,