Mahmud Abbas yeni bəyannamə imzaladı
Fələstin Prezidenti Mahmud Abbas yeni konstitusion bəyannamə imzalayıb.
TodayPress TV "WAFA" agentliyinə istinadən xəbər verir ki, sənədə əsasən, Fələstin Milli Administrasiyasının rəhbərliyi boş qaldığı halda, bu səlahiyyətləri müvəqqəti olaraq vitse-prezident icra edəcək.
Yeni qaydalara görə, əgər rəhbər post qanunverici şura olmadan boşalarsa, İcraiyyə Komitəsinin sədr müavini və Fələstin Dövlətinin vitse-prezidenti prezident seçkiləri keçirilənə qədər rəhbərlik səlahiyyətlərini üzərinə götürəcək.
Qanun azad seçkilərin təşkili məqsədilə qəbul edilib və Fələstin seçki qanununa əsasən, müvəqqəti rəhbərlik müddəti 90 günü keçməməlidir.
Jalə Rövşən