Maçu Piçunun “dünya möcüzəsi” statusuna xələl gələ bilər

Maçu Piçunun “dünya möcüzəsi” statusuna xələl gələ bilər
17.09.2025 19:45 Dünya

Perunun Kuskо bölgəsində etirazlar səbəbindən Maçu Piçuya qatarların hərəkəti dayandırılıb.

TodayPress TV “Reuters”ə istinadən xəbər verir ki, nəticədə Aquaskalyentes şəhərində azı 900 turist qalıb. 

Qatar operatoru “Peru Rail” marşrutun daşlarla bağlandığını bildirib.

Qeyd edək ki, etirazlara səbəb 15-ci əsr inka qalasına turist daşıyan “Consettur” şirkətinin imtiyaz müddətinin bitməsi olub. Hakimiyyət marşrutu başqa şirkətə verib, lakin yerli sakinlər buna mane olublar.

Turizm naziri Desilu Leon açıqlayıb ki, 1400 turist təxliyə edilib, amma 900 nəfər hələ də bölgədədir. “Peru Rail”dən bildirilib ki,“üçüncü şəxslər” dəmir yolunu qazaraq təxliyəni ləngidiblər.

“New7Wonders” təşkilatı xəbərdarlıq edib ki, qarşıdurma davam edərsə, Maçu Piçunun “dünya möcüzəsi” statusuna xələl gələ bilər.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər