Macarıstanda Ukrayna avtobusu qəzaya uğradı
Macarıstanda Ukrayna nömrə nişanlı sərnişin avtobusu yol qəzasına düşüb.
TodayPres TV xəbər verir ki, bu barədə Ukraynanın Macarıstandakı səfirliyinin konsulluq şöbəsi məlumat yayıb.
Hadisə Kunszentmarton və Tiszaföldvar şəhərləri arasında baş verib.
Qəza nəticəsində 19 nəfər xəsarət alıb, onların 17-si azyaşlı uşaqdır. Məlumata görə, ən azı iki uşaq ağır vəziyyətdədir.
Türkan İsgəndərli