Macarıstan Serbiyaya neft tədarükünü artıracaq
"Macarıstan ABŞ-nin Serbiyanın “NIS” şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Xorvatiyanın bu ölkəyə neft tədarükünü dayandırmasından sonra Serbiyaya neft tədarükünü artıracaq".
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto məlumat verib.
O, Macarıstanın Rusiyadan “Drujba” boru kəməri ilə neft tədarükünü saxlamaq istədiyini də bildirib.
“Biz serbiyalı dostlarımızla daimi əlaqədəyik. Regionun ən böyük enerji şirkəti olan “MOL” Serbiyaya neft və yanacaq tədarükündə mühüm rol oynayır. Serbiyalı dostlarımız bu şirkətin tədarükünün artacağına güvənə bilərlər”, - deyə Siyarto bildirib.
Aysel Mətləb