Lukaşenko Litvaya hava zondlarının uçuşlarını dayandıracaq
Dünya
14.12.2025 12:32
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsindən Litvaya göndərilən hava zondlarının uçuşlarını dayandıracağına söz verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
ABŞ Prezidentinin sözçüsü Con Koul bildirib ki, Lukaşenko ilə Vilnüsdə keçirilən iki günlük danışıqlardan sonra Belarus tərəfi şar uçuşlarını dayandırmaq üçün tədbirlər görməyə razılaşıb.
Məlumata əsasən, siqaret qaçaqmalçıları tərəfindən istifadə edilən hava şarları son aylarda Vilnüs hava limanında ondan çox uçuşun dayandırılmasına səbəb olub.
Litva hakimiyyəti Belarusu bu hadisələrdə “hibrid hücum” həyata keçirməkdə ittiham edib və fövqəladə vəziyyət elan edib. Rəsmi Vilnüs qaçaqmalçılığa qarşı mübarizədə polis və sərhədçilərə hərbi dəstək verilməsi üçün parlamentə müraciət edib.
Türkan İsgəndərli
tag: ABŞ,Belarus,Litva,Şar,Todaypress.tv,
