Liverpul hadisəsi: Saxlanılan şəxs qəsdən adam öldürməyə cəhddə ittiham olunur

Liverpul hadisəsi: Saxlanılan şəxs qəsdən adam öldürməyə cəhddə ittiham olunur
27.05.2025 18:53 Dünya

Böyük Britaniya polisi Liverpulda avtomobili izdihamın üzərinə sürən 53 yaşlı şəxsin qəsdən adam öldürməyə cəhddə ittiham olunduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Həmçinin, həmin şəxs narkotik maddələrin təsiri altında avtomobil idarə etməkdə və təhlükəli sürücülükdə də şübhəli bilinir.

Polisin məlumatına görə, hadisə nəticəsində yaralanan 11 nəfər hələ də xəstəxanadadır. Onların vəziyyəti sabit olaraq qiymətləndirilir.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər