Livanda Qasmiya körpüsünə edilən hücumlardan sonra elektrik kəsildi

Dünya

22.03.2026 23:15

İsrailin Livandakı Qasmiya körpüsünə endirdiyi zərbələrdən sonra cənubdakı əl-Xaraib icmasında elektrik kəsilib.

TodayPress TV xəbər verir ki, bu barədə Livan hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, zərbələr yerli elektrik şəbəkələrinə, kabellərə və əl-Xaraib şəhərinə gedən əsas elektrik xəttinə ziyan vurub.

Qeyd edilib ki, Qasmiyə körpüsü Livanın sahil magistral yolunun əsas marşrutlarından biridir.

Aysel Mətləb

TodayPress TV

tag: Elektrik,Livan,Qasmiya,Hücum,TodayPress TV,