Livanda partlayış: 6 hərbçi öldü
Livan ordusunun altı hərbçisi sursat partlaması nəticəsində həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, partlayış Vadi Zıbkin ərazisində baş verib. Hadisə zamanı ordunun mühəndis qoşunları bölməsi Hizbullaha məxsus silah anbarının dağıdılması əməliyyatı aparırmış. Anbar yeraltı sığınacaqda yerləşir.
Yaralı əsgərlərin təxliyəsi üçün hadisə yerinə təcili yardım maşınları göndərilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Türkan İsgəndərli