Livan ABŞ-nin “Hizbullah”ın tərk-silah edilməsi təklifi ilə razılaşdı

Livan ABŞ-nin “Hizbullah”ın tərk-silah edilməsi təklifi ilə razılaşdı
07.08.2025 22:20 Dünya

Livan hökuməti ABŞ prezidenti Donald Trampın “Hizbullah” hərəkatını tərk-silah etmək təklifi ilə razılaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə Livanın informasiya naziri Pol Morkos bildirib.

“Nazirlər Kabineti Amerika tərəfinin təklifində göstərilən bəndləri təsdiqləyib”, - Morkos jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, ABŞ-nin təklif etdiyi razılaşmanın əsas məqamları arasında “Hizbullah” da daxil olmaqla, silahlı qruplaşmaların mövcudluğunun mərhələli şəkildə aradan qaldırılması, Livan ordusuna dəstək və ordunun ölkənin cənubunda yerləşdirilməsi daxildir.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər