Litva: Ukrayna Rusiyanın neft obyektlərinə zərbələr endirməlidir

Litva: Ukrayna Rusiyanın neft obyektlərinə zərbələr endirməlidir
19.06.2025 10:28 Dünya

Litvanın sabiq xarici işlər naziri Qabrielyus Landsberqis Ukraynanı Rusiyanın neft sənayesinə hücum etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, siyasətçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

O, paylaşımında İranın əsas neft obyektlərinin göstərildiyi bir xəritəyə yer verərək, İsrailin bu obyektlərə hücumlarının məqsədinin İranın neft gəlirlərini azaltmaq olduğunu bildirib.

“Əminəm ki, Ukrayna bu eyhamı anlayacaq. Rusiya nefti – tamamilə legitim hədəfdir”, – deyə Landsberqis qeyd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər