Kuril adalarında zəlzələ oldu

Kuril adalarında zəlzələ oldu
21.08.2025 07:28 Dünya

Seysmoloqlar Kuril adaları ərazisində hiss olunan zəlzələ qeydə alıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının “Birləşmiş Geofizika Xidməti” Federal Tədqiqat Mərkəzinin filialından məlumat verilib.

Məlumata görə, yeraltı təkanlar Saxalin vaxtı ilə saat 08:25-də Şikotan adasında yerləşən Malokurilsk kəndindən 74 kilometr cənub-şərqdə, dəniz dibinin 41 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələnin maqnitudası 4,5 olub. Təkanlar Şikotan və Kunashir adalarında 2–3 bal gücündə hiss edilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər