KTMT-nin növbəti iclası Qırğızıstanda keçiriləcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası noyabrın 26–27-də Qırğızıstanda baş tutacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Çolpon-Ata şəhərində keçirilən tədbir zamanı Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubaev məlumat verib.
Onun sözlərinə görə, iclas KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının görüşündən əvvəl keçiriləcək.
Töhfə Səməd