Kral III Karl qardaşını tituldan məhrum etdi
Dünya
31.10.2025 14:36
Böyük Britaniya kralı III Karl qardaşı şahzadə Endryunu “prins” titulundan məhrum edib və onu Vindzor yaxınlığındakı Royal Lodge malikanəsindən çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" Bukingem sarayına istinadən məlumat yayıb.
Məlumata görə, kral ailəsi Endryunun adı Ceffri Epşteynin ətrafında yaranan cinsi qalmaqalla əlaqələndirildiyi üçün ondan uzaqlaşmağa çalışır.
Artıq o, “Endryu Mauntbatten Vindzor” adı ilə tanınacaq və İngiltərənin şərqində yerləşən Sandrinhem malikanəsinə köçürüləcək.
Xatırladaq ki, 65 yaşlı Endryu – mərhum kraliça II Elizabetin ikinci oğlu və Kral Karlın kiçik qardaşı bir neçə il əvvəl York hersoqu titulundan da imtina etməyə məcbur qalmışdı. 2022-ci ildə o, təcavüz iddiaları fonunda hərbi rütbələrindən və kral imtiyazlarından da məhrum edilmişdi.
Qeyd edək ki, Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyuson da öz titulunu itirəcək.
Aysel Mətləb
tag: Britaniya,Titul,Məhrum,III Karl,Endryu,Todaypress.tv,
