Kiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirildi

Kiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirildi
19.04.2026 07:00 Dünya

Ukraynanın paytaxtı Kiyevdə baş verən və altı nəfərin ölümü ilə nəticələnən atışma terror aktı kimi qiymətləndirilib.

TodayPress TV "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Ruslan Kravçenko və Ukrayna Təhlükəsizlik Xidməti məlumat verib.

Bildirilib ki, Kiyevin Qoloseyevski rayonunda mülki şəxslərin güllələnməsi və girov götürülməsi faktı üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsinə əsasən (insan ölümünə səbəb olan terror aktı) cinayət işi açılıb.

Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını, o cümlədən hücum edən şəxsin motivlərini araşdırmaq üçün kompleks tədbirlər görür.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər