KİV: Ukraynanın hücumları Trampı çətin vəziyyətə salıb

KİV: Ukraynanın hücumları Trampı çətin vəziyyətə salıb
06.06.2025 13:50 Dünya

Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı aerodromlara endirdiyi hücumlar ABŞ prezidenti Donald Trampı çətin duruma salıb.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın "L’AntiDiplomatico" qəzeti yazır.

Məqalədə qeyd olunur ki, “genişmiqyaslı hücum ABŞ prezidentini və onun komandasını Rusiya ilə Ukrayna arasında danışıqların həlledici mərhələsində çox çətin vəziyyətə salıb”.

Nəşr iddia edir ki, Kiyev bu hücumlarla Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması prosesini pozmağa çalışır.

Qəzetə görə, bu, Ukraynanın məqsədli şəkildə atdığı addımlardan biridir.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər