KİV: NATO ölkələri müdafiə xərclərini artırmaqda çətinlik çəkir
Bəzi NATO üzv ölkələri yüksək dövlət borcu səbəbindən müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırmaq imkanından məhrumdur.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilir ki, bir çox NATO ölkəsi hələ də 2014-cü ildə qarşıya qoyulan 2 faizlik müdafiə xərcləri hədəfinə belə tam çatmayıb. Bu ölkələrin əksəriyyəti yalnız Rusiya-Ukrayna münaqişəsi fonunda son illərdə xərclərini artırmağa başlayıb.
Məlumata görə, Avropa İttifaqı NATO-ya üzv olan 23 dövlətin 2024-cü ildə iki faizlik hədəfə çatacağını gözləyir. Bu da bəzi ölkələrdə çətinliklər yaradır.
Türkan İsgəndərli