KİV: ABŞ Venesuelada əməliyyata başlamağa hazırdır
ABŞ qoşunları narkotik kartellərinə qarşı mübarizə çərçivəsində Venesuelada bəzi strateji hədəfləri ələ keçirmək üçün əməliyyata başlamağa hazırdır.
TodayPres TV xəbər verir ki, bu barədə "The Washington Examiner" məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ hərbi qüvvələri limanlar və aerodromlar kimi əsas obyektləri nəzarətə götürmək üçün kifayət qədər gücə malikdir. Bildirilir ki, ABŞ-nin bölgədəki hərbi potensialı bu cür əməliyyatlar üçün tələb olunandan çox böyükdür.
Məqalədə vurğulanır ki, vəziyyət gərginləşməkdədir və Venesuela ərazisində mümkün hərbi müdaxilə müzakirə olunur.
Türkan İsgəndərli