Kent hersoginyası Ketrin vəfat etdi

Kent hersoginyası Ketrin vəfat etdi
05.09.2025 20:45 Dünya

Böyük Britaniyada mərhum kraliça II Yelizavetanın gəlini, Kent hersoginyası Ketrin 92 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə Bukingem sarayı açıqlama yayıb.

“Dərin hüznlə Bukingem sarayı əlahəzrət Kents hersoginyasının vəfatını elan edir”, - deyə sarayın rəsmi bəyanatında deyilir.

Qeyd olunur ki, Kent hersoginyası 5 sentyabr gecəsi ailəsinin əhatəsində vəfat edib. Ölüm səbəbi açıqlanmayıb.

Hersoginya Ketrin kral ailəsinin ən yaşlı üzvü idi. O, mərhum kraliça II Yelizavetanın əmisi oğlu, Kent hersoqu şahzadə Edvardla evli idi. Ketrin həyatı boyu musiqiyə böyük maraq göstərirdi. O, Hol şəhərində ibtidai məktəbdə musiqi fənnindən dərs deyirdi və şagirdlər onun kral ailəsinə mənsub olduğunu bilmirdilər.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər