Keniyada təyyarə zürafə ilə toqquşdu
Keniya Leva milli parkında yüngül mühərrikli təyyarə zürəfə ilə toqquşub.
TodayPress TV xəbər verir ki, bu barədə "KahawaTungu" informasiya portalı məlumat yayıb.
Məlumata görə, pilot uçuş-enmə zolağına eniş edərkən, iki zürəfə qəfil kolluğun arasından çıxaraq təyyarəyə doğru qaçmağa başlayıb və toqquşma hadisəsi başverib.
Təyyarədə olan turistlər xəsarət almayıb, zürəfə isə hadisə nəticəsində ölüb.
Hadisənin səbəblərini Keniya polisi və Mülki Aviasiya İdarəsi araşdırır.