Karapetyan çirkli pulların yuyulmasında ittiham olunur

Karapetyan çirkli pulların yuyulmasında ittiham olunur
16.07.2025 09:46 Dünya

Ermənistanda həbsdə olan rusiyalı iş adamı Samvel Karapetyana qarşı yeni ittihamlar irəli sürülüb.

TodayPress TV xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

Karapetyan konstitusiya quruluşunu devirməyə çağırışlarla yanaşı, çirkli pulların yuyulmasında da ittiham olunur.

Bəyanatda deyilir ki, bu ittihamlar əsassızdır və siyasi təqib xarakteri daşıyır. Bu, hazırkı hakimiyyətin siyasi rəqiblərə qarşı istifadə etdiyi bir vasitəyə çevrilib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər