Kallas: “NATO-dan ayrı Aİ ordusunun yaradılması təhlükəli olardı”
Dünya
03.02.2026 21:15
“NATO-dan ayrı Avropa İttifaqı (Aİ) ordusunun yaradılması son dərəcə təhlükəli olardı”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “Euronews”a açıqlamasında səsləndirib.
Kallas bildirib ki, hərbi xarakterli istənilən böhran zamanı əsas prioritet aydın və vahid komanda strukturunun qorunmasıdır. Onun sözlərinə görə, NATO-nun üzvü olan ölkələrin paralel şəkildə ayrıca Avropa ordusu formalaşdırması ciddi risklər yarada bilər.
“Əgər siz artıq NATO-nun bir hissəsisinizsə, mövcud strukturdan kənarda ayrıca bir ordu yarada bilməzsiniz. Çünki böhran zamanı ən vacib məsələ kiminsə əmr verməsi və kiminsə həmin əmri icra etməsidir. Əgər həm Avropa ordusu, həm də NATO ordusu mövcud olarsa, məsuliyyət ortada qalacaq və bu son dərəcə təhlükəlidir”, - deyə o vurğulayıb.
Aysel Mətləb
tag: Kallas,NATO,Aİ,Ordu,Todaypress.tv,
